<b>Azərbaycan idmançısı Rusiyada <span style="color:red;">ÇEMPİONLUQ KƏMƏRİNİ  qazandı</b>
27 aprel 2019 09:32 (UTC +04:00)

Azərbaycan idmançısı Rusiyada ÇEMPİONLUQ KƏMƏRİNİ qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti titulunu qazanıb. 
 
ONA-nın klubun saytına istinadən məlumatına görə, idmançımız “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib. 
 
N.Abbasov bu uğuru Rusiyanın Mıtişi şəhərində keçirilən turnirdə rəsmiləşdirib. Belə ki, “Fight Night Global93” çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən 5 raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər. Daha fəal döyüşən Nəriman qalib gəlib - 48:47, 47:47, 48:47. Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb. 
 
Xatırladaq ki, peşəkarlar arasında 27-ci döyüşünü keçirən idmançımız 24-cü qələbəsini qazanıb.
# 872
avatar

Oxşar yazılar