ABŞ və Yaponiya bu ölkəyə sanksiya rejimini davam etdirəcək
27 aprel 2019 08:35 (UTC +04:00)

ABŞ və Yaponiya bu ölkəyə sanksiya rejimini davam etdirəcək

ABŞ və Yaponiya Şimali Koreyaya qarşı sanksiya rejimini davam etdirmək barədə razılığa gəlib.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
 
Bildirilir ki, belə bir qərar ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Sindzo Abe ilə prezident Donald Tramp arasında Vaşinqtonda aparılmış danışıqlar zamanı verilib. Yaponiyalı hökumət başçısı əminliklə vurğulayıb ki, Hanoyda keçirilmiş sammit çərçivəsində ABŞ lideri KXDR lideri Kim Çen Inla görüş zamanı hər hansı razılığa imza atmamaqda doğru addım atıb.
S.Abe, həmçinin bildirib ki, ölkəsi Koreya yarımadasının nüvəsizləşdirilməsində fəal rol oynamaq və bu istiqamətdə ABŞ-la əməkdaşlıq etmək niyyətindədir.
# 665
avatar

Oxşar yazılar