İstanbulda sensasiya: “Başakşəhər” evdə autsayderlərdən birinə uduzub - VİDEO
27 aprel 2019 00:27 (UTC +04:00)

İstanbulda sensasiya: “Başakşəhər” evdə autsayderlərdən birinə uduzub - VİDEO

 
Türkiyə Super Liqasında XXX tur başlayıb.
 
ONA-nın məlumatına görə, turun ilk günündə bir qarşılaşma keçirilib.
 
Çempionatın lideri “Başakşəhər” autsayderlər qrupunda yer alan “Göztəpə”ni qəbul edib. Qarşılaşma sensasiya ilə nəticələnib. Belə ki, İzmir təmsilçisi istanbullulara şok məğlubiyyət yaşadaraq təhlükəli zonadan ən azı bir neçə günlük uzaqlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 27-29-da keçiriləcək.
 
Türkiyə Super Liqası
XXX tur
26 aprel
“Başakşəhər” – “Göztəpə” – 0:2
Cerom, 7, Kadah, 85
 
 

# 967
avatar

Oxşar yazılar