Şri-Lankada saxlanılmış 3 şübhəlidə 1 kiloqram partlayıcı tapıldı
26 aprel 2019 23:16 (UTC +04:00)

Şri-Lankada saxlanılmış 3 şübhəlidə 1 kiloqram partlayıcı tapıldı

 
Şri-Lankanın hərbi dəniz qüvvələri Kolombo şəhəri ətrafındakı dəmir yolu stansiyası yaxınlığında üzərində 1 kiloqram partlayıcı maddə olan 3 nəfəri həbs edib.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
 
Qeyd edək ki, cümə günü ölkənin şərqindəki Kalmunay şəhərində 3 partlayış törədilib. Bundan sonra polis qüvvələri adanın şərqində komendant saatı elan edib.
“Komendant saatı çərçivəsində Vellavatte stansiyası yaxınlığında üzərlərində 1 kiloqram “S-4” partlayıcı maddəsi olan 3 şübhəli şəxs saxlanılıb”, - məlumatda belə deyilir.
# 660
avatar

Oxşar yazılar