[b]Şri-Lankada daha 3 partlayış baş verdi[/b]
26 aprel 2019 19:37 (UTC +04:00)

[b]Şri-Lankada daha 3 partlayış baş verdi[/b]

Şri-Lankanın şərqində Kalmunay şəhərində 3 partlayış baş verib. ONA-nın xəbərinə görə, bu barədə “News1st” nəşri ordu nümayəndəsinə istinadən yazıb. İnsidentin təfərrüatı açıqlanmayıb.
 
Qeyd edək ki, aprelin 21-də Şri-Lankada 8 partlayış baş verib. Nəticədə 250-260 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 40-a yaxın xarici
ölkə vətəndaşı var.
 
Terror aktı xüsusilə kilsə və otellərdə törədilib. Partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
# 826
avatar

Oxşar yazılar