BMT-dən "DQR"-in hesabatı ilə bağlı BƏYANAT
26 aprel 2019 18:54 (UTC +04:00)

BMT-dən "DQR"-in hesabatı ilə bağlı BƏYANAT

Ermənistan hökuməti tərəfindən BMT İnsan Haqları Şurasının 40-cı sessiyasının sənədləri kimi 2 sənədin qəbulu və yayılması ilə bağlı mediada gedən xəbərlərlə bağı BMT bəyan edir ki, bu sənəd Ermənistan hökuməti tərəfindən İnsan Haqları Şurasına Ermənistanın “note verbale” formasında təqdim etdiyi sənədə əlavədir.
 
ONA-nın məlumatına görə, bu barədə BMT-nin bəyanatında deyilir.
 
“Üzv ölkə həmin orqanın rəsmi sənədi kimi İnsan Haqları Şurası qismində BMT-nin hökumətlərarası orqanının işinə uyğun hesab etdiyi sənədi yaymaqla bağlı müraciət edə bilər. Bu sənədlər qəbul edildiyi şəkildə yayımlanır. Katiblik rəsmi sənəd kimi yayımlanan bu sənədin məzmununa görə heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət sənədin yayılması üçün müraciət edən ölkənin üzərinə düşür”,- deyə bəyanatda bildirilir.
# 1027
avatar

Oxşar yazılar