[b]"10 min dollardan çox olan kreditlərə güzəşt edilməyəcək" - Baş bankir[/b]
26 aprel 2019 13:59 (UTC +04:00)

[b]"10 min dollardan çox olan kreditlərə güzəşt edilməyəcək" - Baş bankir[/b]

 
10 min dollardan yuxarı götürülən problemli kreditlər üzrə güzəştlərin edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər. ONA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
 
Mərkəzi Bankın sədri qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi. Dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir.
 
Elman Rüstəmov onu da qeyd edib ki, qonşu ölkələrdə məzənnə dinamikası dəfələrlə ucuzlaşan ölkələr var. Lakin, bu ölkələrdə hər hansı bir güzəştlərin olması heç müzakirə obyekti belə deyil.
Xatırladaq ki, bir müddət öncə 10 min dollardan yuxarı götürülən kreditlərlə də bağlı müəyyən güzəştlərin ola biləcəyi barədə ictimaiyyət arasında müzakirələr dolaşırdı. Hətta bununla bağlı hökumətə təkliflərin verildiyi də bildirilir.
# 1358
avatar

Anar Yusifoğlu

Oxşar yazılar