“Formula-1”: Azərbaycan Qran-prisində İLK QƏZA:  yürüş dayandırıldı
26 aprel 2019 13:33 (UTC +04:00)

“Formula-1”: Azərbaycan Qran-prisində İLK QƏZA: yürüş dayandırıldı

 
“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.
 
ONA-nın məlumatına görə, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.
 
Belə ki, “Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi drenaj sisteminin yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. 
Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trasa səpələndiyindən yürüş dayandırılıb. 
 
Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası drenaj sistemi qapaqlarını yoxlamağa qərar verib.
# 988
avatar

Oxşar yazılar