[b]“Bakı Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia etməyi planlaşdırmır” - Azad Rəhimov[/b]
26 aprel 2019 12:46 (UTC +04:00)

[b]“Bakı Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia etməyi planlaşdırmır” - Azad Rəhimov[/b]

 
Bakı qarşıdakı illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək.
 
ONA-nın Rusiyanın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.
 
O bildirib ki, 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizəd olan Azərbaycan növbəti cəhdi planlaşdırmır.  
“2016 və 2020-ci illərdə bizim iki cəhdimiz olub. Biz bütün yolu qət etmişik, lakin sonda qısa siyahıya düşməmişik. Bizim əsas problemimiz idman obyektləridir. Yaxın gələcəkdə Bakının namizədliyinin verilməsi ilə bağlı planlarımız yoxdur” – deyə, nazir vurğulayıb. 
# 601
avatar

Oxşar yazılar