[b]Zelenski Türkiyəyə istirahətə getdi[/b]
26 aprel 2019 11:57 (UTC +04:00)

[b]Zelenski Türkiyəyə istirahətə getdi[/b]

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Türkiyəyə iki günlük istirahətə gedib.
 
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə V.Zelenski öz "Facebook" səhifəsində yazıb. 
 
“Danışmışdıq ki, açıq olacağıq. Beləliklə, mən Türkiyəyə gedirəm. Övladlarımı hər il keçirilən “Şən” festivalına aparacağam. Bu, dörd ay ərzində ilk istirahətimdir. Hər kəsə can sağlığı və normal istirahət arzu edirəm”, - deyə V. Zelenski qeyd edib.
 
Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçirilib. Vladimir Zelenski 73,22 faiz rekord səslə qalib olub.
# 1004
avatar

Oxşar yazılar