[b]Nikolas Latifi: “Bakı treki səbirsizliklə gözlədiyim yarışlardan biridir”[/b]
26 aprel 2019 11:51 (UTC +04:00)

[b]Nikolas Latifi: “Bakı treki səbirsizliklə gözlədiyim yarışlardan biridir”[/b]

“Bakıdakı yarışın şəhər treki olmasının müəyyən çətinliklər yaradır. Burada hər hansı bir səhvə yer yoxdur”. 
 
ONA-nın məlumatına görə, bunu “Formula-2” pilotu Nikolas Latifi deyib. 
 
“Dams” komandasında yer alan 24 yaşlı kanadalı Bakıda keçirilən Azərbaycan Qran-prisinin həyəcanlı olduğunu etiraf edib: “Yarış zamanı təxminən 330 km/s sürət yığırıq. Bakıda keçən yarış ilin ən həyəcanlı mərhələlərindən biri oldu. Burada hər şey baş verə bilər. Sıralanma turunu birinci və ya ötən il mənim vəziyyətimdə olduğu kimi sonuncu yerdə bitirməyin elə bir əhəmiyyəti yoxdur. Ötən il sıralanma turunu sonuncu yerdə bitirməyimə baxmayaraq, birinci və ikinci mərhələdə, müvafiq olaraq, beşinci və üçüncü yerə yüksəldim. Buna görə də yarışın nəticələri ilə bağlı proqnoz vermək mümkün deyil. Trekin Qoşa qala qapılarından keçən nöqtəsi təqvimin ən bənzərsiz, eləcə də, ən dar döngələrindən biridir. Bu nöqtə yarışda olduqca həlledici rol oynayır. Burada qəza baş verəndə bütün yarış dayanır”.
O, əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də Azərbaycanda inamlı çıxış edəcəyinə inam ifadə edib: “Ötən iki il ərzində Bakıda yaxşı nəticələrim olub. Balansı qoruya bilmişəm. Burada bir qədər məntiqli davranmaq lazım gəlir. Çox problemlər yarana bilər, buna görə də səhvə yol verməkdən yayınmalıyıq. Bakı treki səbirsizliklə gözlədiyim yarışlardan biridir”. 
 
Qeyd edək ki, artıq “Formula-2” üzrə sərbəst yarışlar start götürüb. Yarış aprelin 28-də yekunlaşacaq. 
 
Tahir Hümmətov
# 776
avatar

Oxşar yazılar