Üfüqi nişanlanma xətləri rənglənəcək
26 aprel 2019 10:51 (UTC +04:00)

Üfüqi nişanlanma xətləri rənglənəcək

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Hava limanı yol qovşağından Böyük şor yol qovşağınadək (hər iki istiqamət) olan hissədə 26, 27 və 28 aprel tarixlərində səhər saat 10:00-dan axşam saat 18:00-dək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, bundan başqa Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyat küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında aprelin 26 və 27-də axşam saat 22:00-dan səhər saat 6:00-a kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərinin aparılması nəzərdə tutulur.
 
Bu səbəbdən sürücülərdən qeyd olunan tarixlərdə adıçəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 720
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar