“3-cü mikrorayon”da yollar keçilməz halda - <span style="color:red;">VİDEO
26 aprel 2019 11:05 (UTC +04:00)

“3-cü mikrorayon”da yollar keçilməz halda - VİDEO

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində (3-cü mikrorayon) yaşayanlar, eləcə də bu ərazidən yolu düşənlər bir aydan çoxdur ki, yolun keçilməz hala düşməsindən əziyyət çəkirlər. Lent.az-a şikayət edən sakinlər bu problemə nə vaxt son qoyulacağı ilə maraqlanırlar.

 

Sakinlərin şikayəti ilə əlaqədar Lent.az-ın əməkdaşı ərazidə olub. Bir tərəfi qazılmış, torpaq qalanmış yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün həmin ərazidən keçən nəqliyyat vasitələri ən azı 15-20 dəqiqə tıxacda qalmalı olur.

 

Digər tərəfdən, qazıldıqdan sonra üzəri təkrar torpaqla örtülü yollarda toz-duman ətrafı bürüyüb. Sakinlərin dediyinə görə, evlərinin havasını dəyişmək üçün pəncərələrini belə  aça bilmirlər.

 

Həmin küçədə uşaq baxçası, xəstəxana, müxtəlif ünvanlı obyektlər də fəaliyyət göstərir. Hansi ki, bu yoldan çoxsaylı insanların istifadəsini labüd edir.

 

Yoldakı vəziyyətlə bağlı məlumat almaq üçün Nəsimi Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirildi ki, yolda əsaslı təmir işləri aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Lent.az-a bildirdi ki, həmin küçədə əsaslı təmir işləri aparılacaq, amma təmirə hələ başlanılmayıb: “Yolları təmir etməzdən əvvəl aidiyyatı qurumlara kommunikasiya xətlərinin təmiri, dəyişdirilməsi ilə bağlı müraciət olunur. Hazırda həmin ərazidə də kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi gedir. Onlar işlərini bitirdikdən sonra yol təmir olunacaq”.      

 

Yolda asfaltlama işləri hələ başlamadığı üçün bu vəziyyətin müəyyən bir vaxt aparcağı bəllidir. Amma hər halda, yolda bu acınacaqlı vəziyyətin yaranmaması üçün ən azından toz-torpağı yatırtmaq, ərazini sulamaq da mümkündür.

 

Əməkdaşımızın ərazidən hazırladiğı videoçəklişi təqdim edirik.

 

# 823
avatar

Aygün İbrahimli

Oxşar yazılar