“Pul ver, onları qabağında oynat” - Səidə müğənnilər haqda
26 aprel 2019 00:26 (UTC +04:00)

“Pul ver, onları qabağında oynat” - Səidə müğənnilər haqda

"Millətimizi zövqsüzləşdirənlər, içində mənim düşmənlərim boğulsun. Üstünə mən də biraz su töküm. Onlar Azərbaycan musiqisini pis günə qoyublar. Musiqimizə dəyər versəydilər, hörmət edərdilər”.
 
Bu sözləri müğənni Səidə Sultan “Şou news” verilişinə açıqlamasında deyib. Şou-biznesdə baş verənlərə əsəbiləşən ifaçı tənqidlər səsləndirib:
 
“Çoxu pula satılır. Pul ver, onları qabağında oynat. Pula görə sənəti yeraltına ata bilməzsən. Sənəti hər şeydən uca tutmalısan. Sabah onlar heç nə ortaya çıxara bilməyəcəklər. Ancaq guruldamaqla məşğuldular.
 
Kimdən soruşursan, deyir, “məni xalq sevir”. Xalq oyuncaqdır sizin üçün? Heç xalq onları tanımır. Özlərini şişirdib qoyublar dağın başına”.
 
(axşam.az)
# 1225
avatar

Oxşar yazılar