[b]Tanınmış klinika "Azərişıq"ı məhkəməyə verdi[/b]
25 aprel 2019 17:43 (UTC +04:00)

[b]Tanınmış klinika "Azərişıq"ı məhkəməyə verdi[/b]

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "LOR Hospital" MMC-nin "Azərişıq" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiaya baxılıb.
 
ONA-nın xəbərinə görə, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, klinikanın iddiası təmin edilib.
 
Belə ki, "Azərişıq" ASC tərəfindən tərtib edilmiş akt əsasında artıq ödənilmiş 1263 manat məbləğində pul vəsaitinin alınaraq, "LOR" Hospital MMC-yə qaytarılmasına qərar verilib.
# 729
avatar

Oxşar yazılar