[b]Ən böyük cərimə göstəricisi: Facebook 3 milyard dollar ayırdı[/b]
25 aprel 2019 19:30 (UTC +04:00)

[b]Ən böyük cərimə göstəricisi: Facebook 3 milyard dollar ayırdı[/b]

Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılması ilə bağlı ABŞ-ın federal ticarət komissiyası tərəfindən aparılan istintaqın nəticəsində 3-5 milyard dollar dəyərində cərimə gözləyir.
 
Lent.az technote-a istinadən xəbər verir ki, bu haqda şirkətin 2019-cu ilin birinci rüb hesabatında qeyd edilib. Bu barədə Rusbase saytı xəbər verib. Gözləntilər əsasında sosial şəbəkə mümkün ola biləcək vəsait cəriməsi üçün 3 milyard dollar vəsait ayırıb.
 
“Bu məsələ hələ həll olunmamış qalır. Buna görə də cərimənin müddəti və şərtləri barəsində heç bir zəmanət yoxdur” – deyə şirkət hesabatında qeyd edilib. Hesabata əsasən bu ilin birinci rübündə şirkətin gəliri demək olar ki, 15.1 milyard dollar təşkil edib.
 
Bu, keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 26% çoxdur. Lakin şirkətin təmiz gəliri iki dəfə aşağı düşüb (2.4 milyard dollar). Əgər Facebook-un cərimə ilə bağlı proqnozu düz çıxsa, bu, ABŞ-ın federal ticarət komissiyasının tarixində ən böyük cərimə göstəricisi olacaq.
# 758
avatar

Oxşar yazılar