[b]Keçmiş vitse-prezident prezident olmaq istəyir[/b]
25 aprel 2019 15:34 (UTC +04:00)

[b]Keçmiş vitse-prezident prezident olmaq istəyir[/b]

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
 
ONA-nın CNN-ə istinadən verdiyi məlumata görə, o, bu barədə videomüraciətində bildirib. Siyasətçi kampaniya videosunda deyib ki, bu gün ABŞ-da əsas dəyərlər hazırkı prezident Donald Trampa görə təhdid altındadır.
 
Qeyd edək ki, bu, 76 yaşlı siyasətçinin prezident postu tutmaq üçün 3-cü cəhdi olacaq. İlk dəfə o, 1988-ci, 2-ci dəfə 2008-ci ildə prezidentlik uğrunda mübarizə aparıb.
# 822
avatar

Oxşar yazılar