[b]LaLiganın 39 klubu YENİLİKLƏRƏ QARŞI: bizimlə də müzakirə olunmalıdır[/b]
25 aprel 2019 15:02 (UTC +04:00)

[b]LaLiganın 39 klubu YENİLİKLƏRƏ QARŞI: bizimlə də müzakirə olunmalıdır[/b]

İspaniya klubları Superkubok və ölkə kubokunun formatının dəyişdirilməsinin əleyhinədir.
 
ONA-nın məlumatına görə, 42 komandadan 39-u yenilikləri dəstəkləmir. 
 
Digər klublardan ikisi format dəyişikliyinə səs verməyə hazırdırsa, biri bitərəfdir. Narazılığın əsas səbəbi yeniliklərin klublarla müzakirə olunmamasıdır.
Qeyd edək ki, İspaniya Futbol Federasiyası Superkuboku hər ilin yanvarında 4 komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilməsini istəyir. Ölkə kubokunda isə yarımfinal duelləri bir oyundan ibarət olması planlaşdırılır. Bu yeniliklər aprelin 29-da keçiriləcək federasiyanın baş assambleyasında təsdiqlənməlidir.
# 674
avatar

Oxşar yazılar