Azərbaycan birinciliyi: 3 çəki dərəcəsində qaliblər məlumdur
25 aprel 2019 13:51 (UTC +04:00)

Azərbaycan birinciliyi: 3 çəki dərəcəsində qaliblər məlumdur

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-15 kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. 
 
ONA-nın məlumatına görə, yarışda respublikamızın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparır. 
 
Birinciliyin ilk günü oğlan və qızlar arasında 3 çəki dərəcəsində qaliblər məlum olub. 
Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib. 
 
Qeyd edək ki, kiçikyaşlı yeniyetmələrin ölkə birinciliyinə aprelin 26-da yekun vurulacaq.
# 602
avatar

Oxşar yazılar