"Azərbaycandakı körpü və keçidlərə şəhid adları verilsin” – <span style="color:red;">Tanınmış şərqşünasdan maraqlı təklif
25 aprel 2019 11:56 (UTC +04:00)

"Azərbaycandakı körpü və keçidlərə şəhid adları verilsin” – Tanınmış şərqşünasdan maraqlı təklif

Şəhid ailələri ilə səmimi görüş zamanı Bakının, eləcə də Azərbaycanın digər böyük şəhərlərinin körpü və keçidlərinə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, o cümlədən 1-ci Qarabağ savaşı və Aprel döyüşlərində şəhid olmuş oğul-qızlarımızın adlarının verilməsini təklif etdim".

 

Bu sözləri Lent.az-a açıqlamasında Qarabağ Seyid Ocaqları İctimai Birliyinin rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli deyib.

 

Şərqşünas qeyd edib ki, bu təşəbbüs “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkil etdiyi Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri ilə görüşü zamanı irəli sürülüb.

 

"Şəhidlərin adları veriləcək obyektlər üzərində şəhidlər haqqında xatirə lövhələri də quraşdırılacaq, eləcə də şəhər və bölgələrimizdəki yol göstəricilərində, internet və naviqasiya sistemlərində və s. onların adları əks olunacaq. Və bu da ölkə vətəndaşlarının hafizəsində, yaddaşında qəhrəman övladlarımızın adlarının həkk olunmasında önəmli rol oynayacaq. Nəticədə belə bir addımın atılması həm şəhidlərimizin müqəddəs ruhlarına böyük ehtiramın təcəssümü olacaq, həm də gənc nəslə vətənpərvərlik hissinin aşılanması sahəsində böyük rol oynayacaq”,-deyə Seyid Camal bildirib.

 

Seyid Camal Əzimbəyli qeyd edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediləcək: "Prezidentin şəhid ailələrinə qayğısı dövlət siyasətimizin əsasını təşkil edir. Bu təklifin həyata keçirilməsi şəhid ailələrinə bir daha təsəlli olacağını düşünürəm".

 

Şərqşünas qeyd edib ki, bu təklif görüşdə iştirak edən şəhid ailə üzvləri tərəfindən rəğbətlə qarşılanıb və onların bir çoxunu duyğulandırıb.

 

# 768
avatar

Oxşar yazılar