<span style="color:red;">Diqqət!  Bu yolda rənglənmə işləri aparılır
25 aprel 2019 11:14 (UTC +04:00)

Diqqət! Bu yolda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində bu gün saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq .

 Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

# 755
avatar

Aygün İbrahimli

Oxşar yazılar