[b]Bu ərazilərə elektrik enerjisi fasilələrlə veriləcək - 14:30-dək[/b]
25 aprel 2019 10:48 (UTC +04:00)

[b]Bu ərazilərə elektrik enerjisi fasilələrlə veriləcək - 14:30-dək[/b]

Bu gün saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq.
 
Bunu ONA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
# 662
avatar

Oxşar yazılar