35 yaşlı qadın özünü çaya atdı: meyiti sudan çıxarılıb
25 aprel 2019 09:15 (UTC +04:00)

35 yaşlı qadın özünü çaya atdı: meyiti sudan çıxarılıb

 
Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb. 
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.
 
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
İntihar edən qadının axtarışları ötən gün və bu gün davam etdirilib.
 
Bu gün səhər saatlarında A.Dadaşovanın meyiti sudan çıxarılaraq Salyan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 648
avatar

Oxşar yazılar