“Akhisar” yenidən Türkiyə kubokunu finalına yüksəlib - VİDEO
24 aprel 2019 23:47 (UTC +04:00)

“Akhisar” yenidən Türkiyə kubokunu finalına yüksəlib - VİDEO

 
Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
 
ONA-nın məlumatına görə, ilk finalçı Akhisarda müəyyənləşib.
 
Kubokun son qalibi, Super Liqada uğursuz mövsüm keçirən “Akhisar” aşağı dəstə təmsilçisi “Umraniyəspor”u qəbul edib. Meydan sahiblərinin ilk yarıda vurduğu bir qol həlledici olub. Səfərdəki ilk qarşılaşmada da eyni hesabla qalib gələn “Akhisar” finala vəsiqə qazanıb.
Titulunu qorumağa çalışan akhisarlıların finaldakı rəqibi aprelin 25-də müəyyənləşəcək. İlk oyunda heç-heçə edən “Qalatasaray”la “Yeni Malatyaspor” sonuncuların meydanında üz-üzə gələcək.
 
Qeyd edək ki, final oyunu mayın 16-a Sivasda keçiriləcək.
 
Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
24 aprel
“Akhisar” – “Umraniyəspor” – 1:0
Çikalleşi, 36
İlk oyun – 1:0
 
 

# 712
avatar

Oxşar yazılar