Parkda 48 yaşlı kişini soydular
24 aprel 2019 22:10 (UTC +04:00)

Parkda 48 yaşlı kişini soydular

Bakı sakini küçədə qarət olunub. Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindəki parkda baş verib.
 
1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlu gecə saatlarında parkda olarkən Ağayev Cuanşir Kommunist oğlu və Paşayev Vüqar Şaban oğlu onun qarşısını kəsərək hədələyiblər. Daha sonra 230 manat pulunu götürüb hadisə yerindən qaçıblar.
 
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.
 
(Trend)
# 568
avatar

Oxşar yazılar