Azərbaycanda faciə: azyaşlı yandı, vəziyyəti ağırdır
24 aprel 2019 21:45 (UTC +04:00)

Azərbaycanda faciə: azyaşlı yandı, vəziyyəti ağırdır

 
Sumqayıtda 4 yaşlı uşaq yanıq xəsarəti alıb.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Yaşma bağları” yaşayış massivində baş verib.
 
Bildirilir ki, 2015-ci il təvəllüdlü Baxışova Nəzrin Vüsal qızının ehtiyatsızlıq nəticəsində üzərinə qaynar su tökülüb və o yanıq xəsarətləri alıb.
Dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan azyaşlıya tibbi yardım göstərilib.
 
Vəziyyəti orta-ağır olduğundan 4 yaşlı uşaq Bakıya Yanıq Mərkəzinə göndərilib. 
# 606
avatar

Oxşar yazılar