[b]Arvadını öldürən keçmiş məhkum MƏHKƏMƏ QARŞISINDA[/b]
24 aprel 2019 19:58 (UTC +04:00)

[b]Arvadını öldürən keçmiş məhkum MƏHKƏMƏ QARŞISINDA[/b]

Qəsdən adam öldürməkdə təqsirləndirilən Müxalif Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İş hakim Rasim Sadıxovun icraatında araşdırılacaq.
 
Qeyd edək ki, hadisə bu il yanvarın 1-də Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayaraq, qətlə yetirib.
# 783
avatar

Oxşar yazılar