Sumqayıtda ev yandı - FOTO
24 aprel 2019 16:48 (UTC +04:00)

Sumqayıtda ev yandı - FOTO

Sumqayıt şəhərində yanğın olub.
 
ONA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin Xəzər bağları yaşayış massivində olub. Ümumu sahəsi 80 kv/m 3 otaqlı fərdi yaşayış evinin mətbəx və dəhliz hissəsinin tavan hissəsi yanıb. Bununla yanaşı orada olan əşyalar da yanaraq yararsız hala düşüb. Əraziyə Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib.
 
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
# 686
avatar

Oxşar yazılar