Altıbarmaqlı uşaq ATU-da əməliyyat olundu
24 aprel 2019 15:10 (UTC +04:00)

Altıbarmaqlı uşaq ATU-da əməliyyat olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub. Bu barədə Lent.az-a əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədov bildirilb.
 
Onun sözlərinə görə, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş:
 
“Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.
 
Cərrah bildirib ki, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinır. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.
# 747
avatar

Oxşar yazılar