<span style="color:red;">Azərbaycanda ilk:  kodlanmamış yayımda DVB-T2 standartı tətbiq olunacaq
24 aprel 2019 15:10 (UTC +04:00)

Azərbaycanda ilk: kodlanmamış yayımda DVB-T2 standartı tətbiq olunacaq

Azərbaycanda ilk dəfə olaraq kodlanmamış yayımda DVB-T2 standartı tətbiq olunacaq.

Bu barədə Lent.az-a Milli Televiziya və Radio Şurasının şöbə müdiri İsa Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycanda rəqəmli TV yayımı DVB-T standartı üzrə aparılıb: “Lakin bu standart  üzrə TV yayımı öz keyfiyyət göstəricilərinə görə DVB-T2 standartından geri qalır. DVB-T2 standartı isə hələlik yalnız kodlanmış yayım üzrə aparılıb".

İ.Məmmədov deyib ki, bu, əhalidə olan televizorların bir çoxunun bu standartı dəstəkləməməsilə əlaqədar olub. "Yeni texnikanın tətbiqi adətən müəyyən çətinliklərlə üzləşir. DVB-T2 standartına tədricən keçilməsi günün tələbi sayılmalıdır”.

Dediyinə görə, Milli Televiziya və Radio Şurası DVB-T2 standartı üzrə kodlanmamış yayımın aparılmasına qərar verib.

Qərara əsasən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında İTV və CBC Sport TV proqramlarının Full HD formatında DVB-T2 standartı üzrə yayımı aparılacaq.

# 660
avatar

Aygün İbrahimli

Oxşar yazılar