Şəhid Milli Qəhrəmanın anası dünyasını dəyişdi
24 aprel 2019 13:23 (UTC +04:00)

Şəhid Milli Qəhrəmanın anası dünyasını dəyişdi

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Gültəkin Əsgərovanın anası dünyasını dəyişib. Milli Qəhrəmanın ailəsindən Lent.az-a verilən məlumata görə, Rəfiqə Əsgərova aprelin 23-də 85 yaşında Bakıda vəfat edib. 
 
Qeyd edək ki, Milli Qəhrəman Gültəkin Əsgərova 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.  
 
Şuşa həbsxanasında saxlanılan və girov düşmək təhlükəsi altında olan azərbaycanlı məhbusların azad olunmasında xidməti olub.  Şuşanı, şəhər işğal olunandan bir gün sonra, sonuncu tərk edənlərdən biri olub. Hələ o günlərdə anası Rəfiqə xanıma göndərdiyi məktubda yazırdı: “Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı...”
 
Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib. 
 
G.Əsgərova 1992-ci il iyulun 19-da Ağdamda Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə şəhid olub. 
 
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
 
Azərbaycan Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
# 2147
avatar

Oxşar yazılar