[b]Ölkədə suçiçəyinə yoluxanların sayı AÇIQLANDI[/b]
24 aprel 2019 12:58 (UTC +04:00)

[b]Ölkədə suçiçəyinə yoluxanların sayı AÇIQLANDI[/b]

"2018-ci ildə Azərbaycanda suçiçəyinə 15 870 nəfər yoluxub".
 
ONA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
 
O bildirib ki, yoluxma hər 100 min nəfərə 158,99 haldır: "2017-ci ildə isə ölkədə su çiçəyinə 15 781 nəfər yoluxub. Yoluxma halı hər 100 min nəfərə 159,43 haldır. Hazırda bir çox ölkədə suçiçəyinə qarşı peyvənd tətbiq olunur. Lakin Azərbaycanda suçiçəyinə qarşı peyvənd yoxdur. Amma yaxın illərdə bu peyvənd ölkəmizdə də tətbiq oluna bilər".
# 608
avatar

Oxşar yazılar