Abelardo "Alaves”dən gedir
24 aprel 2019 11:04 (UTC +04:00)

Abelardo "Alaves”dən gedir

İspaniyanın “Alaves” klubunda baş məşqçi dəyişikliyi olacaq.
 
ONA-nın məlumatına görə, La Liqa təmsilçisinin çalışdırıcısı Abelardo mövsümün sonunda komandanı tərk edəcək.
 
49 yaşlı ispan mütəxəssis yeni müqavilə imzalamayacaq. 2017-ci ildən “Alaves”ə rəhbərlik edən Abelardonun indiki anlaşması iyunun 30-da başa çatacaq.
 
Qeyd edək ki, “Alaves” indiki baş məşqçisinin rəhbərliyi altında 65 oyun keçirib. Bu qarşılaşmalarda 27 qələbə qazanan və 13 heç-heçə edən Abeladonun yetirmələri 25 dəfə məğlub olub. 
 
# 603
avatar

Oxşar yazılar