[b]Səhiyyə Nazirliyi: Qızılcaya yoluxma əsasən böyüklər arasında qeydə alınır[/b]
24 aprel 2019 10:47 (UTC +04:00)

[b]Səhiyyə Nazirliyi: Qızılcaya yoluxma əsasən böyüklər arasında qeydə alınır[/b]

Mart ayının sonundan Azərbaycanda qızılcaya yoluxma hallarının sayında azalma müşahidə olunur.
 
ONA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda qızılcaya yoluxma 2018-ci ilin noyabrın son günlərindən qeydə alınmağa başlayıb. Xəstəliyin yayılmasında pik dövr bu ilin yanvar və fevral ayları olub. Bu il yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23 yoluxma halı baş verib. Aprel ayında yoluxma sayının 20-yə yaxın olacağı gözlənilir.
 
Qızılcaya yoluxma əsasən böyüklər arasında qeydə alınır. Nazirlik rəsmisi deyib ki, hər il 5-10 minə yaxın adam peyvəndə cəlb olunur.
# 414
avatar

Oxşar yazılar