[b]Marsda zəlzələ olub[/b]
24 aprel 2019 10:36 (UTC +04:00)

[b]Marsda zəlzələ olub[/b]

Dünyada ilk dəfə ABŞ-ın “InSight” enmə aparatına quraşdırılmış Fransaya məxsus SEIS seysometri Marsda olan zəlzələni qeydə alıb.
 
ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın CNES kosmik agentliyi məlumat yayıb.
 
Bildirir ki, aprelin 6-da seysometr ABŞ-ın “Apollo” kosmik gəmisinin uçuşu zamanı ayda oxşar siqnallar aşkar edib.
 
Qeyd edək i, ABŞ-ın “InSight” uçuş aparatı 2018-ci ilin mayında Yer kürəsindən qalxaraq noyabrda Marsa eniş edib. Dekabrda SEIS seysometri manipulyator vasitəsi ilə aparatdan 1,6 metr uzaqlıda Marsın üzərinə quraşdırılıb.
# 623
avatar

Oxşar yazılar