Bakıda müxtəlif təyinatlı işıqforlar quraşdırılacaq
24 aprel 2019 10:33 (UTC +04:00)

Bakıda müxtəlif təyinatlı işıqforlar quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) açıq tender elan edib.
 
ONA xəbər verir ki, tender müxtəlif təyinatlı işıqforlar və hissələri, səsli qurğular, xüsusi düymələr, dirəklər və kontrollerlərin satın alınması məqsədilə keçirilir. Tenderdə iştirak haqqı 1000 manat təşkil edir.
 
İddiaçılar tender təklifini 12.06.2019-cu il saat 12:00-dək Bakı şəhəri, Ziya Bünyadov, 111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.
# 405
avatar

Oxşar yazılar