Iki avtomobil toqquşdu: 6 nəfər xəsarət alıb - VİDEO
24 aprel 2019 09:10 (UTC +04:00)

Iki avtomobil toqquşdu: 6 nəfər xəsarət alıb - VİDEO

 
Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. 
 
ONA-nın xəbərinə görə, hadisə  Nizami rayonu Babək prospekti 94 ünvanında baş verib.
 
Qəza zamanı 1986-ci il təvəllüdlü Nəsibov Kamran Cavad oğlunun idarə etdiyi “Lada Priora” və 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlunun idarəetməsində olan “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində “Lada”-nın sürücüsü 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və onun sərnişinləri 1979-cu il təvəüllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilova Valentina Vitalyevna yaralanıb.
 
“Mercedes” markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar dərhal 1 və 3 saylı Kliniki Tibbi Mərkəzə, o cümlədən özəl klinikaların birinə çatdırılıb.
 
İlkin məlumata görə, hadisəyə səbəb ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və sürət həddinin aşılması olub.
 
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
# 425
avatar

Oxşar yazılar