Ziya Bünyadov prospektində tuneldə qəza: tıxac yarandı

 
Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. 
 
ONA xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsindəki tuneldə olub. 
 
Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili yol ayrıcı betonuna çırpılıb.
Qəza nəticəsində yük maşınının daşıdığı çınqıl yola dağılıb. Hadisə yolun hər iki istiqamətində tıxaca səbəb olub.
 
Sürücünün ONA-ya verdiyi məlumata görə, avtomobilin əyləc sistemində problem yaranıb və o idarəetməni itirib.
 
Faktla bağlı araşdırma aparılır. 

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>