[b]Sel avtomobil yolunu yuyub apardı - VİDEO[/b]
23 aprel 2019 18:51 (UTC +04:00)

[b]Sel avtomobil yolunu yuyub apardı - VİDEO[/b]

Cəlilabad-Yardımlı avtomobil yolu üzərindəki körpü uçub.
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, ölkə ərazisinə düşən intensiv yağıntılar cənub bölgəsində fəsadlar törədib. Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında suyun səviyyəsi kəskin artıb. Nəticədə Cəlilabad-Yardımlı avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
 
İki rayonu birləşdirən əsas magistralda nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Sel suları avtomobil yolunun bir hissəsini tamamilə yuyub aparıb.
 
Sel suları rayonun Buravar kəndinin mərkəzindəki körpünü də dağıdıb.
 
Rayon Fövqəladə Hallar Komissiyasından ONA-ya bildirilib ki, artıq qəzalı vəziyyətə düşən körpülərə baxış keçirilib və çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir-bərpa işlərinə başlanılacaq.
# 681
avatar

Oxşar yazılar