Əliyev-Putin görüşü Pekində olacaq
23 aprel 2019 18:46 (UTC +04:00)

Əliyev-Putin görüşü Pekində olacaq

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində görüşəcəklər.
 
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib. O, görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoqun aparılacağını deyib.  
 
Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək. 
# 769
avatar

Oxşar yazılar