Millimizin heyətində dəyişiklik edilib
23 aprel 2019 19:15 (UTC +04:00)

Millimizin heyətində dəyişiklik edilib

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Bu barədə Lent.az-a AFFA-dan bildirib.
 
Məlumata görə, “Səbail”dən dəvət edilən Rauf Ağasənov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
 
Həmçinin, millinin toplanışına yeni qapıçı cəlb olunub. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının üzvü Amin Ramazanov bu gündən hazırlıq prosesinə qoşulub.
# 819
avatar

Oxşar yazılar