[b]Lənkəranın üç dağ kəndinin yolları bağlandı - FOTO[/b]
23 aprel 2019 18:25 (UTC +04:00)

[b]Lənkəranın üç dağ kəndinin yolları bağlandı - FOTO[/b]

Lənkəranın üç dağ kəndinə gedən yollarda uçqunlar olub.
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Hirkan-Daşdatük-Biləsər yolunda baş verən uçqunlara səbəb son günlər yağan leysan xarakterli yağışlar olub. Yolun Xanbulan, Daşdatük və Biləsər kəndlərindən keçən hissələrində problemlər daha çox müşahidə edilir. Belə ki, yolun asfalt qatı dağılıb və eni 1,5 metr, uzunluğu 10-15 metr olan yarğanlar yaranıb. Yolun su ötürücüləri keçən hissəsində də dağıntılar baş verib. Həmçinin yol yatağında çökmələrin olması yeni uçqunlara şərait yaradır.
 
Artıq yolun bərpası üçün əraziyə xüsusi texnikalar gətirilib. Hava şəraiti stabilləşəndən sonra yolda təmir-bərpa işləri görüləcək.
# 716
avatar

Oxşar yazılar