<b>Yeni kanalla bağlı müsabiqənin qalibi bu TV oldu</b>
23 aprel 2019 16:46 (UTC +04:00)

Yeni kanalla bağlı müsabiqənin qalibi bu TV oldu

Aprelin 23-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a MTRŞ-nin Aparatından bildirilib.

İclasda Milli Televiziya və Radio Şurasının 28 fevral tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün  37-ci TV yayım kanalı olmaqla) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi”  MMC,  “TV-Media Azerbaijan” MMC, “RTV” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib.

Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası  “Televiziya və radio yayımı haqqında”  Azərbaycan Respublikası Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına,  maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün  37-ci TV yayım kanalı olmaqla)  11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək elan olunmuş müsabiqənin qalibi  müəyyən  etmiş və ona ümumrespublika televiziya  yayımı üçün müddətsiz lisenziya verilməsi qərara alınıb.

# 741
avatar

Aygün İbrahimli

Oxşar yazılar