Temperatur nə vaxt yüksələcək? - Nazirlikdən <span style="color:red;">AÇIQLAMA
23 aprel 2019 14:40 (UTC +04:00)

Temperatur nə vaxt yüksələcək? - Nazirlikdən AÇIQLAMA

Bir həftədən artıq davam edən qeyri-sabit hava şəraiti sabahdan normallaşacaq. Belə ki, aprelin 24-dən ölkə ərazisində soyuq hava  yerini yazın əsl havasına verməyə başlayacaq.

 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometroloji Proqnozlar Bürosunun baş mühəndisi Elmira Həmidova məlumat verib.

 

E.Həmidova bildirib ki, bu gündən başlayaraq hava sabitləşməyə doğru gedir: “Sabahdan isə mülayim cənub küləyi olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə artacaq. Həftənin  sonuna doğru isə 18-19 dərəcəyədək yüksəlməsi gözlənilir”.

 

Baş mühəndis onu da qeyd edib ki,  bu günlərdə güclü küləklər gözlənilmir.

# 3476
avatar

Aygün İbrahimli

Oxşar yazılar