[b]Müdafiə Nazirliyindən qar uçqununa düşən hərbçilərlə bağlı MƏLUMAT[/b]
23 aprel 2019 14:01 (UTC +04:00)

[b]Müdafiə Nazirliyindən qar uçqununa düşən hərbçilərlə bağlı MƏLUMAT[/b]

Müdafiə Nazirliyi  qar uçqununa düşən hərbçilərlə bağlı məlumat yayıb.
 
Nazirlikdən Lent.az-a daxil olan xəbərdə deyilir:
 
"Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlu və  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!"
# 773
avatar

Oxşar yazılar