İran parlamenti ABŞ-la bağlı sənədi təsdiqlədi: <span style="color:red;">artıq bu ölkənin ordusu...
23 aprel 2019 14:05 (UTC +04:00)

İran parlamenti ABŞ-la bağlı sənədi təsdiqlədi: artıq bu ölkənin ordusu...

Bu gün İran parlamenti ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) terror təşkilatı elan edilməsinə dair sənədi təsdiqləyib.
 
ONA-ın Tehran bürosunun məlumatına görə, sənəd 173 lehinə,  4 əleyhinə və 11 bitərəf səslə qəbul olunub.
 
Təsdiq olunmuş yeni sənədə əsasən, CENTCOM və onun əmrinə tabe olan qüvvələr, təşkilatlar və orqanlar terror təşkilatları elan edilib və bu qurumla hərbi, intellektual, maliyyə, texniki, təhsil, inzibati və maddi-texniki sahələr daxil olmaqla istənilən əməkdaşlıq İran hökuməti tərəfindən terroru dəstəkləmək kimi qiymətləndiriləcək.
Həmçinin İran parlamenti hökumətin ABŞ-ın terror addımları qarşısında qətiyyətli addım atmağa öhdəlik götürməsinə dair sənədi təsdiqləyib.
 
Sənəd 168 lehinə, 6 əleyhinə və 8 bitərəf səslə qəbul olunub.
 
Sənədə əsasən, İran hökuməti Milli Ali Təhlükəsizlik Şurasının qaydalarına uyğun olaraq ABŞ qüvvələrinin İslam mənafeyinə ziyan vuran terror hərəkətləri qarşısında cavab addımı atmaqla bağlı öhdəlik götürür.
 
Qeyd edək ki, İran və ABŞ arasında gərginlik ABŞ prezidenti  Donald Trampın İslam İnqilabı Keşikçiləri  Korpusunun (SEPAH) adını terror təşkilatları siyahısına daxil etdikdən  sonra daha da pisləşib.
# 747
avatar

Oxşar yazılar