<b>Azay Quliyevdən BMT-yə kəskin irad: <span style="color:red;">"Bu cür qanunsuzluğa yol verilməmişdi" </b>
23 aprel 2019 12:16 (UTC +04:00)

Azay Quliyevdən BMT-yə kəskin irad: "Bu cür qanunsuzluğa yol verilməmişdi"

“BMT üzvü olan hər bir ölkə BMT-yə hesabat təqdim edir. Ermənistan bu il təqdim etdiyi hesabatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın da hesabatını yerləşdirməyə müvəffəq olub”. 
 
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Azay Quliyev söyləyib.
 
A.Quliyev deyib ki, BMT İnsan Hüquqları Şurası öz səlahiyyətindən kənara çıxıb:
 
“Hesabat 6 dildə yayılıb. BMT bu dəfə Ermənistanın təxribatına şərait yaradıb. BMT indiyə qədər bu cür qanunsuzluğa yol verməyib. Hətta hesabat “Artsax” adı ilə yerləşdirilib. Azərbaycanın BMT-dəki nümayəndəliyi buna etiraz etməli və hesabat BMT-nin saytından çıxarılmalıdır”.
# 443
avatar

Oxşar yazılar