Azərbaycanda zirehli gödəkcə istehsalına başlanıldı
23 aprel 2019 11:24 (UTC +04:00)

Azərbaycanda zirehli gödəkcə istehsalına başlanıldı

“Buta Armor” şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiya Parkı (YTP) nəzdində 3-cü səviyyəli mühafizəyə malik zirehli gödəkcələrin istehsalına başlayıb.
 
Bu barədə ONA-ya YTP-dən bildirilib.
 
YTP-dən verilən məlumata görə, söhbət gövdənin ön, arxa, yan hissələrinin və boyunun etibarlı qorunmasını təmin edən zirehli gödəkcədən gedir. Bu məhsul Azərbaycan güc strukturları tərəfindən təsdiqlənib.
 
"Hazırda bir sıra güc strukturu ilə zirehli gödəkcələrin təchizatı ilə bağlı müqavilələr imzalanmasına dair hazırlıqlar aparılır. Bundan başqa, dəbilqələrin də tədarükü üçün sifarişlər gözlənilir", - deyə YTP-dən bildirilib.
 
# 1004
avatar

Oxşar yazılar