Şri-Lankada törədilmiş partlayışlarda ölənlərin sayı 310 nəfərə çatdı
23 aprel 2019 09:28 (UTC +04:00)

Şri-Lankada törədilmiş partlayışlarda ölənlərin sayı 310 nəfərə çatdı

 
Şri-Lankada törədilmiş terror hücumları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb. Daha 480 nəfər yaralının olduğu bildirilir.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
 
Buna qədər 290 nəfərin öldüyü, təxminən 500 nəfərin də yaralandığı məlum idi.
Şri-Lanka hakimiyyəti 23 aprel tarixini ölkədə matəm günü elan edib.
# 564
avatar

Oxşar yazılar