Maşın maneəyə çırpıldı: <span style="color:red;">yaralı var  - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO
23 aprel 2019 09:00 (UTC +04:00)

Maşın maneəyə çırpıldı: yaralı var - FOTO - VİDEO

 
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
ONA-nın məlumatına görə, hadisə 20 Yanvar dairəsi yaxınlığında baş verib.
 
Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Nurlan Balakişi oğlu idarə etdiyi “Kia” markalı avtomobillə dairədə dönmə əməliyyatı edən zaman avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Sürücü N.Hüseynov xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Hadisənin baş verdiyi əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu ehtimal edilir.

# 931
avatar

Oxşar yazılar